Slimfit
  1. DÜNYA

"Robotlar ABŞ-da 200 min bankiri işindən edəcək"

"Robotlar ABŞ-da 200 min bankiri işindən edəcək"
Sakura

"Robotlar ABŞ-da 200 min bankiri işindən edəcək"

"Wells Fargo"nun hesabatına görə, texnoloji imkanların artması ABŞ-da on ildə 200 min bankiri işindən edəcək

ABŞ-ın iri bank, ipoteka, investisiya, biznes və kommersiya maliyyə xidmətləri provayderi "Wells Fargo & Co." tərəfindən aparılmış bir araşdırmaya görə, texnologiyanın imkanlarının artması gələcək on il ərzində ABŞ bankçılıq sektorunda çalışan 200 minə yaxın insanı işindən edəcək.

Fins.az xəbər verir ki, Bankın analitiki Mike Mayo, ABŞ-ın maliyyə şirkətlərinin texnologiya investisiyalarına illik 150 milyard dollar ilə digər bütün sektorlardan daha çox vəsait ayırdığını bildirib. Mayoya görə, bank xərclərinin yarısından çoxunu təşkil edən əməkhaqlarının azalması xərclərin düşməsini təmin edəcək.

Araşdırmaya görə, müştəri ilə birbaşa əlaqəsi olmayan departamentlər, çağrı mərkəzi və şöbələrdə çalışanların sayı beşdə bir ilə üçdə bir arasında bir nisbətdə azalma qeyd edir. Texnologiya ilə bağlı mövqelər, satış və məsləhət mövqeləri bu vəziyyətdən daha az təsirlənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR