Robot İT-düşərgədə məktəblilərə açıq dərs keçdi
Robot Rusiyanın “MTS” Telekommunikasiya şirkətinin Brest bölgəsində təşkil edilmiş İT-düşərgəsində məktəblilər üçün açıq dərs keçib. Məşğələ “Kolos” uşaq reabilitasiya-sağlamlaşdırma mərkəzində baş tutub.
TED.az xəbər verir ki, İT-düşərgədə olan uşaqlara xüsusi olaraq, insanlarla ünsiyyət qurmağa proqramlaşdırılmış, oxuya və emosiyaları ifadə edə bilən robotla danışmaq imkanı verilib. Kiber-pedaqoq uşaqlara gələcəkdə tələb olunacaq peşələr və robot texnikasının əsas prinsipləri haqqında danışıb. O, süni intellektə malik qurğuların hansı elementlərdən ibarət olduğunu və evdə sərbəst şəkildə robot yaratmaq üsullarını izah edib.
Bundan əlavə, İT-düşərgə Brest bölgəsinin bütün rayonlarından təxminən 100 uşağı bir araya gətirib. Burada uşaqlara proqramlaşdırma və 3D-modelləşdirmənin əsaslarını öyrənmək imkanı təqdim edilib.
“İT-düşərgəni artıq 3-cü ildir ki, təşkil edirik. Bu, Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihədir. Bizim əməkdaşlığımızın əsas məqsədi uşaqlara müasir texnologiyalardan savadlı və təhlükəsiz istifadə etməyi, şəbəkədə necə davranmalı olduqlarını öyrətməkdir. Burada uşaqlar İT sahəsində müxtəlif biliklər əldə edəcəklər, komandada işləməyi, analitik düşünməyi öyrənəcəklər”, – deyə “MTS” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə qrupunun rəhbəri Viktoriya Zdyarskaya bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət