Rezident və qeyri-rezidentlərin milli valyutanı, qiymətli kağızları ölkədən çıxarması və gətirməsini…
Nazirlər Kabineti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nı təsdiqləyib.
"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.
Qərara əsasən "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 8 oktyabr tarixli Fərmanının 3-cü hissəsinə uyğun olaraq və Mərkəzi Bankın təkliflərini nəzərə alaraq, “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası” təsdiqlənib.
Qeyd edək ki, Nazirlər Kabineti bir neçə gün əvvəl “Yol hərəkəti haqqında” Qanununun icrası ilə əlaqədar bəzi qərarlarda da dəyişikliklər edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət