Slimfit
  1. SİYASƏT

Rezident əlaqələndirici: “BMT Azərbaycana dəstək verməyə hazırdır”

Rezident əlaqələndirici: “BMT Azərbaycana dəstək verməyə hazırdır”
Sakura

Rezident əlaqələndirici: “BMT Azərbaycana dəstək verməyə hazırdır”

“Dünyanın bir çox ərazilərində insanların hüquqları davamlı olaraq pozulur. Bizim əsas məqsədimiz 2030-cu ilədək insanların hüquqlarının daha yaxşı qorunmasına nail olmaqdır”.

"Report"un xəbərinə görə, bunu BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün lazım olan bütün dəstəyi verməyə hazırdır: “Azərbaycan 2030-cu ilədək məqsədlərə nail olmağa sadiq qalan ölkədir. Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olma üzrə ilk könüllü hesabatını verib, iyulda isə növbəti hesabatını verəcək. Bu da rəsmi Bakının Dayanıqlıq İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini göstərir".

Q.İshaqzainin sözlərinə görə, ombudsmanların insan hüquqlarının qorunmasında çox vacib rolu var: “Ombudsmanlar tərəflər - vətəndaş cəmiyyəti və qurumlar arasında körpü rolunu oynayır. Ombudsmanların mandatı var ki, insan hüquqları ilə bağlı bütün məsələlərdə yaxından iştirak etsinlər. Əslində, müstəqil ombudsmanlar dayanıqlı inkişafın vacib indikatorudur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR