Slimfit
  1. BİOQRAFİYA

Reyhan Yusifqızı

Reyhan Yusifqızı
Sakura

Reyhan Yusifqızı

Reyhan Yusifqızı (azərb. Şıxlinskaya Reyhan Yusif qızı, 13 noyabr 1965, Bakı) - Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972-1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakl Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Milli Elmlər Akademiyasının Kibernetika institutuna təyinat alib.

1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb.

R.Y. Şıxlinskaya 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək  f.-r.e.n. alimlik dərəcəsi alıb.  60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür,  Soft Kompüting nəzəriyyələrini tədris edir.

Ailəlidir. İki övladı var.

 

Elmi-pedaqoji fəaliyyəti

1990-cı ildən indiyədək Bakı Dövlət Universitetində işləyir. Qeyri-müəyyənliklərlə bağlı tədqiqat işləri ilə və pedaqoji fəaliyyətlə məşğul olur.

Bir sıra elmi konfransların təşkilat komitəsinin üzvü və ya iştirakçısı olub, seminar və işçi görüşlərdə məruzələrlə çıxış edib. Məqalələri nüfuzlu jurnallarda nəşr olunub.

R.Y. Şıxlinskaya 2010-cu ildə elmi məruzələr etmək üçün Nant universitetinə (Fransa) dəvət olunub və orada elmi müzakirələr aparıb. Elmin İnkişafı fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub və layihələri uğurla başa çatdırib. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir. O, tələbələr, maqistr və aspirantlar üçün elmi seminarlar təşkil edərək, onlara elmi işlərində məsləhət və tövsiyələr verir.

 

Yaradıcılığı

R.Y. Şıxlinskaya (Reyhan Yusifqızı) 1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir. Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirir.

Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Elmi-fantastik trilogiyanın müəllifidir.

1. “Yaşıl gözlü qız” - kosmik qəza nəticəsində Yer planetinə düşmüş on iki yaşlı yadplanetli qızın – Leminin sərgüzəştlərindən bəhs edir. Yadplanetli qız tezliklə Yerdə özünə dostlar və düşmənlər qazanır. Əsərin qəhrəmanları – məktəblilər Lemiyə kömək edir, Kainatın sirlərini açmağa, başqa sivilizasiyalardan bizim fərqimizi başa düşməyə çalışırlar. Ulduz müharibələrinin qarşısını almaq, Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün yollar fikirləşirlər.

Əsər təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngin  və  bilgivericidir. Türk dilinə və rus dilinə tərcümə edilmişdir.

2. “Zamanın əsirləri” - məktəblilər yadplanetli qızın axtarışındadırlar, amma gələcəyə deyil, səhvən zaman  maşınında keçmişə - Daş dövrünə düşürlər. Sərt təbiət, vəhşi heyvanlar, saysız-hesabsız təhlükələrlə üzləşən uşaqlar, nəhayət, ibtidai insana rast gəlirlər. Əsərin qəhrəmanları ilə birlikdə biz də Daş dövrünün adamları ilə görüşür, onların sevinci, kədəri ilə tanış olur, necə yaşadıqlarını öyrənirik. Öyrənirik ki, rütubətli mağarada yaşayan o uşaqlar indiki yaşıdlarından o qədər də fərqlənmir: onlar da oynamağı sevir, bir-birinə kömək edir və dostluq etməyi bacarırlar. Bu maraqlı kitab bizi ulu əcdadlarımızın həyatı ilə daha yaxından tanış edir və kitabın sonuncu səhifəsini çevirəndə onlar bizə   daha yaxın, daha doğma olurlar.

Əsər təbiət, tarix, coğrafiyaya aid məlumatlarla zəngindir.

3. "Uzaq planetin sirri" - X planetinə bədbəxtlik üz verib. İnsanların yaratdığı süni zəka özlərinə qarşı çevrilmişdir! Kiborqlar üsyan qaldırıb! Onlara başçılıq edən SUPERİNTELLEKT daha insanlara tabe olmur! O çox güclüdür, bütün sərhədləri aşa bilir. Onun qarşısında kim dayana bilər? Planeti necə xilas etmək olar?

Dostları darda qoymaq olmaz. Uşaqlar kömək eləməyə hazırdırlar. Amma biz o uzaq planet haqda nə bilirik?

Macəra dolu bu kitab müasir uşaqların stolüstü kitabına çevrilmişdir.

Ödülləri.

2009. “Şəhərimi oxuyuram” beynəlxaılq müsabiqədə III ödül. Ankara (Türkiyə).

2012. “Ədəbi Azadlıq” müsabiqəsi, “Ən yaxşı 10 hekayədən biri”, finalçı.

2015. Səməd Behrəngi ədəbi mükafatı. (AYB)

2018. “Uşaqların dostu” mükafatı

2018. “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsində “Nəsr əsərləri” nominasiyası üzrə II yer. (Azərbaycan Respublikası Təhsil Nazirliyi)

2018. Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsində I yer.

 

Kitabları

  1. “Bir gün dərsdən sonra” (“Araz” nəşriyyatı, Bakı-2004),
  2. “Yeşil gözlü kız” (türk dilində) (Türkiyə, TMMOB  nəşriyyatı, Ankara-2009, 120 səh.).
  3. “Yaşıl gözlü qız” (“Altun kitab” nəşrlər evi, Bakı- 2010, 128 səh.)
  4. “Hamıdan qəşəng” (“Altun kitab” nəşrlər evi, Bakı -2011, 12 səh.)
  5. “Qeyri-səlis riyaziyyatın bəzi elementləri” ((“Elm” nəşriyyatı, Bakı -2011, 212 səh.)
  6. “Aysu” (“Altun kitab” nəşrlər evi, Bakı -2012, 112 səh.)
  7. “Şakti, qadın dili ” (həmmüəllif, “Apostrof” nəşriyyatı, Bakı -2012, 260 səh.)
  8. “Xoşbəxt arı” (“Altun kitab” nəşrlər evi, Bakı- 2012, 12 səh.)
  9. “Riyaziyyat əyləncəli ola bilərmiş” (“Altun kitab” nəşrlər evi, Bakı- 2014, 128 səh.)
  10. “Zamanın əsirləri” (“Altun kitab” nəşrlər evi, Bakı- 2014, 176 səh.)
  11. “Kompüterin qəribə tarixi” (“Altun kitab” nəşrlər evi, Bakı- 2015, 112 səh.)
  12. “Tələtin sirri” (“Altun kitab” nəşrlər evi, Bakı- 2015, 32 səh.)
  13. “Kompüterin kələyi” (“Altun kitab” nəşrlər evi, Bakı- 2015, 12 səh.)
  14. “İki gül” (“Altun kitab” nəşrlər evi, Bakı- 2015, 12 səh.)
  15. “Ulduz pərisi”.  Altun kitab” nəşrlər evi, Bakı-2014, 12 səh. 
  16. “Девочка с зелеными глазами” (rus dilində) (“Qanun” nəşrlər evi, Bakı- 2016, 112 səh.)
  17. “Məstan və Babu” (“Altun kitab” nəşrlər evi, Bakı- 2016, 36 səh.)
  18. "Dostum Mimi" ("3 alma" nəşrlər evi, Bakı-2017, 84 səh.)
  19. "Uzaq planetin sirri" (“Altun kitab” nəşrlər evi, Bakı- 2019, 144 səh.)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR