Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Revmatizm, podaqra, böyrək xəstəliyinə qarşı qarağat yarpağı

Revmatizm, podaqra, böyrək xəstəliyinə qarşı qarağat yarpağı
Sakura

Revmatizm, podaqra, böyrək xəstəliyinə qarşı qarağat yarpağı

Qara qarağatı asanlıqla çiyələk kimi kiçik bir sahədə yetişdirmək olar. Onun özü və yarpaqları C, K, P kimi güclü vitaminlərlə zəngindir. O, aortanın aterosklerozunun müalicəsi üçün unikal vasitədir.
 
Medicina.az xəbər verir ki, Rusiyada loğmanlar və xalq təbabətini bilən yaşlı rus nənələri mütləq qarağat yarpaqlarını toplayıb, qışa saxlayardılar.
Onun yarpaqları böyrəküstü vəzilərin qabığını stimulə edir və onların işini bərpa edir. Hansı ki, buna heç güclü antibiotiklərin də təsiri olmur. 
 
Qarağat yarpaqlarından alınmış dəmləmə düzgün dozalarda sidik turşusunu çıxarır, podaqra, revmatizma, artroz kimi xəstələrə yaxşı təsir edir. 
 
Böyrək iltihabı xəstəliklərindən əziyyət çəkənlər isə yarım litr qaynar suya 3 xörək qaşığı xırdalanmış qara qarağat yarpaqları əlavə edib, 20 dəqiqə ağzı bağlı saxlayıb süzür, daha sonra yarpaqları sıxıb çıxarır, suyu azca qaynadıb soyudur. Gündə yarım stəkan bu sudan içir, eləcə qarağatın özünü yeyirsiz.
 
Kurs müalicə 1 aydır.
Bu içki bütün orqanizmi təmizləyəcək. 
 
Nevralgiya xəstəliyi üçün: 4 xörək qaşığı qurudulmuş xırdalanmış yarpaqları 2 limonun doğranmış qabığı ilə qarışdırır, bura 3 xörək qaşığı melissa otu əlavə edir, 500 ml qaynar suda 6 saat dəmlənir. Süzülür, hər gün 1 dəfə100 ml olmaqla yeməkdən öncə içilir.
 
Yarpaqlarından alınmış bu cövhəri vərəm, limfadüyünlərin vərəmi, qulaqda küy, infeksiyalarda, qanın zəhərlənməsində, damar tutulmasında, podaqra, revmatizmdə eyni dərəcədə istifadə edib, effektini görmək olar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR