Slimfit
  1. İQTİSADİYYAT

Reuters: ABŞ neft hasilatını azaldacağı təqdirdə OPEC + razılığa gələ bilər

Reuters: ABŞ neft hasilatını azaldacağı təqdirdə OPEC + razılığa gələ bilər
Sakura

Reuters: ABŞ neft hasilatını azaldacağı təqdirdə OPEC + razılığa gələ bilər

OPEC +, 9 aprel iclasında neft hasilatının azaldılmasına razılaşa bilər. Bu, ABŞ-ın istehsalı azaldacağı təqdirdə olacaq. Ens.az bildirir ki, bu məlumatı Reuters yayıb.

Bundan əvvəl adı çəkilən agentlik Rusiyanın ABŞ və Səudiyyə Ərəbistanı ilə neft müharibəsində güzəşt etməyə hazır olduğunu bildirmişdi. Moskva tərəfdaşlarla qarşılıqlı anlaşma əldə edərsə ciddi güzəştlərə getməyə hazırdır. Agentliyə informasiya sızdıran mənbənin dediyinə görə, söhbət istehsalın əhəmiyyətli dərəcədə azaldılmasından gedir.

OPEC + iclasının aprelin 9-na keçirilməsi planlaşdırılır. Bloomberg, Moskva ilə Ər-Riyad arasında heç bir razılıq əldə edilmədiyini qeyd etmişdi. Hələ də neft hasilatının azaldılması parametrləri barədə razılığa gəlməyiblər. Nəşrin məlumatına görə, hər iki tərəf ABŞ-ı razılaşmaya qoşulmağa çağırır.

Neft hasilatının azaldılması ilə bağlı OPEC + sazişi aprelin 1-dən qüvvədən düşüb. Bu, Rusiya və Səudiyyə Ərəbistanının razılaşmadan çıxmaq qərarından sonra baş verib. Buna görə, neftin qiyməti rekord həddə endi - sonuncu dəfə dünya neft bazarında bu cür aşağı qiymətlər 2002-ci ildə olmuşdu.

Mənbə: 360tv.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR