Dərc edildi: Baxış sayı: 1127
Rəsul Çunayev qitə çempionatı və Avropa Oyunlarından məhrum oldu
Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
Oxu.Az-ın xəbərinə görə, idmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.
Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət