Slimfit
  1. CƏMİYYƏT

Restoran və ticarət mərkəzləri bu şərtlərlə açıla bilər – AÇIQLAMA

Restoran və ticarət mərkəzləri bu şərtlərlə açıla bilər – AÇIQLAMA
Sakura

Restoran və ticarət mərkəzləri bu şərtlərlə açıla bilər – AÇIQLAMA

“Fikrimcə, indiki məhdudiyyət şəraitində də restoran və ticarət mərkəzlərini açmaq olar. Lakin burada sosial məsafə gözləmək əsas şərt olmalıdır”.

Ens.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O əlavə edib ki, may-iyun aylarında yumşaldılma olarkən şəhərdəki ticarət mərkəzlərinə üz tutan insanlar sanki koronavirus olmamış kimi özlərini aparırdılar:

“Bunun nəticəsi o oldu ki, yoluxma sayı 600 nəfəri keçdi. Bəzi xarici ölkələrdə də sosial məsafə gözlənilməklə ictimai iaşə obyektləri və ticarət mərkəzləri fəaliyyət göstərir. Mən çox istərdim ki, Azərbaycanda günü bu gün ictimai iaşə obyektləri açılsın. Lakin stollar arasında məsafə böyük olsun, ofisiantlar sanitar qaydalara riayət etsin, insanlar obyektlərə yer yoxdursa, ora mütləq masanın qoyulmasını təkid etməsinlər. Eyni zamanda ticarət mərkəzlərində sosial məsafə prinsiplərinə, maska taxılmasına və gigiyenik qaydalara əməl etməklə, günü bu gün onları açmaq olar.

Bu gün Bakıda əhalinin çoxu maskadan istifadə edir. Lakin əksəriyyət maska ilə ağız və burun nahiyəsini örtmək əvəzinə, onu boğazına taxırlar. Sanki koronavirus boğaz vasitəsilə keçir. Bu, yolverilməz haldır və maskadan düzgün formada istifadə olunmalıdır.

Koronavirus hər bir vətəndaş üçün sınaqdır. Mənim tanıdığım onlarla şəxs həyatının çiçəklənən dövründə dünyasını dəyişiblər. Hər gün həyatını itirən 5-10 nəfərin faciəsi təkcə onun ailəsi deyil, nəsli üçün faciədir. Əhali sağlam qalmaq üçün məhdudiyyətlərə bağlı olmalıdır və bu qaydlara riayət etmək artıq bir normaya çevrilməlidir.

Bunu da qeyd etmək lazımdır ki, karantin rejiminin yumşaldılması dəfələrlə ölçülüb-biçilməlidir ki, yenidən yoluxma sayının artmasına səbəb olmasın. İlk növbədə yoluxma sayı minimal səviyyəyə düşməlidir. Bundan sonra karantinin yumşaldılmasının mərhələlərini müzakirə etmək olar. Tələsik qərar, yoluxmanın sayını dəfələrlə artıra bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR