Slimfit
  1. CƏMİYYƏT

Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermiş yanğın söndürüldü

Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermiş yanğın söndürüldü
Sakura

Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermiş yanğın söndürüldü

Bu gün saat 17:43-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.

İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR