Slimfit
  1. SİYASƏT

Respondentlərin 87.5 faizi Xankəndidə bayrağımızın ucaldılmasını Azərbaycanın tarixi qələbəsi sayır

Respondentlərin 87.5 faizi Xankəndidə bayrağımızın ucaldılmasını Azərbaycanın tarixi qələbəsi sayır
Sakura

Respondentlərin 87.5 faizi Xankəndidə bayrağımızın ucaldılmasını Azərbaycanın tarixi qələbəsi sayır

Respondentlərin 87.5 faizi Xankəndidə bayrağımızın ucaldılmasını Azərbaycanın tarixi qələbəsi sayır.

 

Ens.az Pravda.az-a istinadən xəbər verir ki,  bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində bəlli olub.

 

Bildirilib ki, Azərbaycan regionda çoxillik münaqişəyə son qoymaqla birgə əməkdaşlıq formatları əsasında yeni tarixin başlanğıcını yaradıb. Tarixi qələbə eyni zamanda milli dövlətçilik irsinin fasiləsiz davamlılığının təmin olunması baxımından əlamətdardır.

 

Müstəqil Azərbaycan dövlətinin 2020-ci ildə, Xalq Cümhuriyyətinin işğalının 100-cü ildönümündə torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünə nail olması, 100 il bundan əvvəl öz inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayətin varlığına son qoyaraq öz suverenliyini tam bərpa etməsi və dövlət müstəqilliyinin bərpası günündə dövlət bayrağını burada ucaltması eyni zamanda yeni qələbə təqvimi - işğalçılıq siyasəti üzərində qələbəsidir.

 

Sosial Tədqiqatlar Mərkəzinin bu istiqamətdə keçirdiyi rəy sorğuları Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin dövlət bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılmasını uzunmüddətli münaqişənin sonu və Azərbaycanın tarixi qələbəsi kimi qiymətləndirdiyini göstərib.

 

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 87,5%-i bu mövqedən çıxış edib, 11,2%-i sözügedən hadisələrin münaqişənin sonu olması fikri ilə razılaşmayıb, 1,3%-i rəyini bildirməkdə çətinlik çəkib. Respondentlərin rəylərində onların sosial-demoqrafik xüsusiyyətlərinə görə statistik əhəmiyyətli fərq qeydə alınmayıb.

 

Sorğunun nəticələri eyni zamanda ölkə ictimaiyyətinin mütləq əksəriyyətinin bu tarixi zəfərin, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi gününün təqvimdə ümumxalq əhəmiyyətli milli bayram günü kimi qeyd edilməsi mövqeyində olduğunu göstərib. Belə ki, respondentlərin 94,8%-i bu mövqedən çıxış edərkən, 3,6%-i bu fikirlə razılaşmadığını bildirib. Sorğu iştirakçılarının 1,6%-i bu barədə rəyini bildirməyib.

 

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 18 – 20 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

 

 

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR