Slimfit
  1. İDMAN

Rəsmiləşdi: “Qarabağ”a texniki məğlubiyyət və 8 min manatlıq cərimə

Rəsmiləşdi: “Qarabağ”a texniki məğlubiyyət və 8 min manatlıq cərimə
Sakura

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qarabağ” - “Səbail”matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 8000 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Keşlə” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Sumqayıt” - “Sabah”matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 15-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ” - “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 64-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

Oyunun 62-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” klubu tərəfindən ödənilsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR