Slimfit
  1. İQTİSADİYYAT

RƏSMİ: Azərbaycan əhalisi pulunun 58%-ni ərzaq, içki və tütün məmulatına xərcləyib

RƏSMİ: Azərbaycan əhalisi pulunun 58%-ni ərzaq, içki və tütün məmulatına xərcləyib
Sakura

RƏSMİ: Azərbaycan əhalisi pulunun 58%-ni ərzaq, içki və tütün məmulatına xərcləyib

2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20.8 milyard manatlıq, o cümlədən 12.0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8.8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.0 faiz, qeyri-ərzaq malları üzrə 4.1 faiz artmışdır.

2023-cü ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52.9 faizi ərzaq məhsullarının, 4.7 faizi içkilər və tütün

məmulatlarının, 12.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil benzini və dizel yanacağının, 4.4 faizi elektrik malları və mebellərin, 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR