Slimfit
  1. DÜNYA

Rəsmi Ankaradan Süleymani açıqlaması

Rəsmi Ankaradan Süleymani açıqlaması
Sakura

Rəsmi Ankaradan Süleymani açıqlaması

Türkiyə iranlı general Qasım Süleymaninin İraqda ABŞ tərəfindən öldürülməsinə reaksiya göstərib.

Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyi bu hadisədən sonra ABŞ-la İran arasında yaranan gərginlikdən dərin narahatlıq keçirdiklərini bildirib.

“İraqın münaqişə zonasına çevrilməsi həm bu ölkəyə, həm də bölgəmizdəki sülh və sabitliyə zərər verəcək. General Qasım Süleymaninin öldürülməsinin bölgədə etibarsızlığı və qeyri-sabitliyi artıracağı  və bu vəziyyətdən bütün tərəflərin zərər görəcəyi aydındır. Türkiyə bölgədə xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi qarşıdurmalara hər zaman qarşı olub. Bu səbəbdən bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə, bölgədəki sabitliyi risk altında qoyacaq tək tərəfli addımlardan çəkinməyə və dipolatiyaya üstünlük verməyə dəvət edirik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR