Slimfit
  1. DÜNYA

Rəsm əsərlərini şprislərlə çəkən gənc tibb bacısı

Rəsm əsərlərini şprislərlə çəkən gənc tibb bacısı
Sakura

Rəsm əsərlərini şprislərlə çəkən gənc tibb bacısı

Kimberli Coy Maqbanuanın hər zaman rəssamlıq qabiliyyəti olub. Lakin o, nə kurslara gedib, nə də rəssamlıq məktəbində oxuyub. Bunun əvəzinə tibb bacısı işləməyə başlayır və ağlına da gəlmir ki, nə vaxtsa öz sənətini hobbisi ilə birləşdirəcək. FaktXeber.com-un məlumatına görə, əslən filippinli olan gənc qız özü üçün yeni rəssamlıq istiqaməti – şprislərlə şəkil çəkmək – açıb.

24 yaşlı filippinlinin dediyinə görə şprislərdən incəsənətdə istifadə etmək əvəzi bir il öncə, öz pasiyentinə inyeksiya edərkən yaranıb. Bir müddət o, şəkilləri qələm və karandaşlarla çəkib. Lakin o, hər zaman kətan üzərində işləməyi arzulayıb və şprislər bu iş üçün ona ideal alət kimi gəlib. 

Hazırda tibb bacısı olan Kimberli öz ölkəsində həm də məşhur rəssam kimi tanınır.

Kimberlinin qeyri-adi sənəti artıq sosial şəbəkələrdə böyük ün salıb. Gənc qızın Facebook və Instagramda minlərlə izləyicisi var.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR