Slimfit
  1. MEDİA

Rəşad Süleymanov: “Döyüş bölgəsindən görüntüləri jurnalistlər yaymır, hərbçilər yayır”

Rəşad Süleymanov: “Döyüş bölgəsindən görüntüləri jurnalistlər yaymır, hərbçilər yayır”
Sakura

Heç bir jurnalist döyüş əməliyyatları aparılan ərazilərdən şəkillər və ya videolar çəkib paylaşmır.

Rəşad Süleymanov: “Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin vəzifəsi hərbi hissələri gəzib, qanunsuz hərəkətlərin qarşısını almaqdır”

“Heç bir jurnalist döyüş əməliyyatları aparılan ərazilərdən şəkillər və ya videolar çəkib paylaşmır. Çünki jurnalistləri cəbhə xəttindən kilometrlərlə geridə saxlayırlar. Bu çəkilişləri edənlər hərbçilər, zabitlər, əsgərlər və könüllülərdir. Bir əllərində silah, bir əllərində isə telefon tutub, çəkiliş edə-edə gedirlər. Hətta, bu gedişlə gələcəkdə müharibələr silah və smartfon müharibəsi adlandırılacaq”.

Ens.az xəbər verir ki, bunu AYNA-ya hərbi ekspert Rəşad Süleymanov, döyüş əməliyyatları aparılan ərazilərdən yayılan foto-videoların əməliyyatların gedişinə təsirlərini şərh edərkən deyib. Bildirib ki, Müdafiə Nazirliyi bütün bu məqamlara diqqətlə yanaşmalıdır: “Hansı ki, buna nəzarət etmək üçün Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi var və bu İdarənin vəzifəsi bu günə qədər hərbi hissələri gəzib, hərbçilərin belə hərəkətlərə yol verməməsinə nəzarət etməkdən ibarət idi. Həmin idarənin rəhbəri də Nəcməddin Sadıkovun bacısı oğlu Ramin Əsgərovdur”.

“Ümumiyyətlə, dünyanın hər bir ölkəsində smartfonlardan orduda istifadə qaydası var və müəyyən hərbi proqram tətbiqləri üçün istifadə edilə bilər. Məsələn, artilleriyanın ballistik kalkulyasiyası, elektron xəritə və s. Bu məqsədlərlə orduda müəyyən şəxslər, müəyyən qurumlar bundan istifadə edə bilərlər. Lakin smartfonun görüntü təhlükəsindən daha çox digər təhlükələri var. Məsələn, GPS əsasında smartfon olan ərazini düşmən radiotexniki kəşfiyyat vasitələri ilə təyin edə bilir. Yəni, smartfonlara gələn dalğalar GPS siqnalları əsasında yer təyin edə bilər ki, müəyyən koordinatda şübhəli hədəf var və s. Həmin yerlər də atəş altına alınır. Yaxud da smartfonların texniki hissələrindən biri də budur ki, məsafədən müdaxilə etməklə mikrafonu açmaq və danışıqları dinləmək imkanları mövcddur. Bu da qapalı iclaslardan və digər yerlərdən məlumatların əldə edilməsində düşmən üçün vacib rol oynaya bilər”, - ekspert vurğulayıb.

Süleymanov smartfonlarda yayılan videogörüntülərlə bağlı qaranlıq məqamlara da toxunub: “Bu gün Bakıda və rayonlarda internetin vəziyyəti bəllidir. Yeni azad edilən ərazilərdə də düşünmürəm ki, internet, mobil rabitə yüksək səviyyədə olsun. Bu görüntülər də dərhal canlı yayımla verilmir. Bir neçə saat sonra, bəzən günlərlə sonra kimsə ailəsinə, yaxın dostuna göndərir və buradan yayımlanır. Ona görə də insanların özlərinin məsuliyyəti olmalıdır və maariflənmə aparılmalıdır”.

“Maariflənməni də Müdafiə Nazirliyinin müvafiq strukturları, o cümlədən Kütləvi İnformasiya Vasitələri, hərbi ekspertlər aparmalıdır. Ki, bunu yayımlamaq olmaz. Biz hamımız bilməliyik ki, düşmən hər an pusqudadır. Ona görə də atəşkəs dövründə hərbi hissələri gəzən müvafiq şəxslər bu gün cəbhədə xəttində olub bu işlərlə bağlı müvafiq tədbirlər görməlidirlər”, - həmsöhbətimiz diqqətə çatdırıb.

O, əlavə edib ki, yayımlanmış görüntüyə görə, hansısa ərazinin vurulması inandırıcı deyil: “Çünki o görüntülərin yayımlanması hərbçilərin orda olmasından saatlar, bəlkə də günlər sonra yayımlanır. Çünki hərbçilər eyni yerdə qalmır və tez-tez yerlərini dəyişirlər. Amma hər şeyə rəğmən, maarifləndirmə lazımdır və sərt qaydalar tətbiq etmək lazımdır. Qadağa ilə nisbətən nəyisə məhdudlaşdırmaq olarsa, maarifləndirmə ilə çox şeyə nail olmaq olar. Bu işi də birinci görməli olan qurum Müdafiə Nazirliyidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR