Slimfit
  1. İDMAN

Rəşad Sadıqov: "Komandada artıq yorğunluq hiss olunur"

Rəşad Sadıqov: "Komandada artıq yorğunluq hiss olunur"
Sakura

Rəşad Sadıqov: "Komandada artıq yorğunluq hiss olunur"

Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"ın qonağı olan "Qarabağ" ikinci hissədə buraxdığı qollarla cari mövsümdə ilk məğlubiyyətini alıb - 1:2.

Apasport.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan brifinqdə Ağdam klubunun kapitanı Rəşad Sadıqov görüşü dəyərləndirib.

- Cari mövsüm Premyer Liqada ilk məğlubiyyətinizi aldınız. Bununla bağlı nə deyə bilərsiniz?
- Bizə çətin olacağını matçdan əvvəl bilirdik. "Sumqayıt" son turlarda çox yaxşı oyun nümayiş etdirir. Bizim isə çoxsaylı milli üzvlərimiz var. Yalnız dünən tam kollektiv şəkildə məşq edə bilmişik. Ümumilikdə oyuna 7-8 nəfərlə hazırlaşırdıq. Bizdə bu problem həmişə yaranır. Millinin toplanışından sonrakı ilk görüşümüz hər zaman ağır alınıb. Amma bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. Onlar, xüsusən də, ikinci hissədə çox yaxşı çıxış etdilər. Bizim isə əksinə, fasilədən sonra oyunumuz alınmadı.

- İkinci dövrəni o qədər də yaxşı keçirmirsiniz, 5 oyunda cəmi 1 qələbəniz var. Bu eniş nədən qaynaqlanır?
- Çox sıx qrafikdə oynayırıq. Komandada artıq yorğunluq hiss olunur. Bu gün də ikinci hissədə oyun tempimiz aşağı düşdü. Halbuki ilk yarıda çox yaxşı idik. İyul ayından yığılan yorğunluq son matçlarda özünü hiss etdirir.

- Qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sevilya" ilə ağır oyununuz var. Bugünkü məğlubiyyət sizə mənfi təsir etməyəcək?
- Ümid edirəm ki, təsir etməz. Toparlanmaq lazımdır. Bizim üçün vacib oyun olduğunu başa düşürük.

- Komandadan həmin görüşdə nə gözləmək olar?
- Əlimizdən gələni edəcəyik. Başa düşürük ki, "Sevilya" ilə qarşılaşacağıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xalla qayıda bilək.

- Hakimə nəyisə izah etməyə çalışırdınız...
- Birinci hissədəki epizodla bağlı danışırdıq. Həmin anda Vüqar Mustafayevə ikinci sarı vərəqəni verməyi fikirləşdi. Mən elə başa düşdüm ki, yaxınlaşanda ikinci sarı vərəqə olduğunu hiss elədi, göstərmədi. "Orada qırmızı vərəqə göstərməyib, İsmayıl İbrahimliyə niyə göstərdin?" deyirdim.

- İsmayılın meydandan qovulmasına səbəb olan epizodu gördünüzmü?
- Xeyr, görmədim. Hakimlər əminliklə "qırmızı" deyirdilər. Amma baxmaq lazımdır.

- Buraxdığınız hər iki qolda sanki eyni ssenari yaşandı?
- Hər iki qolda hücuma çıxarkən top itirməyimiz həlledici oldu. "Sumqayıt"ın oyunu bunun üzərində quracağını bilirdik. Birinci hissədə buna imkan vermədik. Amma fasilədən sonra çox top itkilərimiz oldu, rəqib də istifadə etdi. Təbii ki, çox top itirsən, arxada boşluqlar yaranacaq. İlk qolu belə buraxdıq. İkinci top bir az fərqli alındı.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR