Slimfit
  1. CƏMİYYƏT

Rəşad Dağlı ilə bağlı son qərar verildi – bundan sonra nələr baş verəcək?

Rəşad Dağlı ilə bağlı son qərar verildi – bundan sonra nələr baş verəcək?
Sakura

Rəşad Dağlı ilə bağlı son qərar verildi – bundan sonra nələr baş verəcək?

Ötən həftə tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxundu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ens.Az-ın məlumatına görə,bir çox insanı məşhur meyxanaçı ilə bağlı yaxın gələcəkdə amnistiya və ya əfvetmə aktının tətbiq olunması ilə bağlı sual maraqlandırır. Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.

“Rəşad Dağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunurdu. Ona verilmiş cəza həqiqətən də, demək olar ki, ən minimum müddəti əks etdirir. Çünki 9 il 6 ay müddət olaraq çox az təsadüf olunan cəzalardan biridir. Ümumi şəkildə götürdükdə isə, Azərbaycan Respublikasının cinayət prosessual məcəlləsinin 383-cü maddəsinin 1-ci bəndinə görə, apelliyasiya şikayətini vermək hüququna malik olan şəxslər qismində məhkum edilmiş şəxsin mənafeyinə aid olunan hissədə məhkumun özü, onun qanuni nümayəndəsi və vəkili yer alır. Məhkumun və ya zərərçəkmiş şəxsin yaxınlarının şikayətləri yalnız o halda apelliyasiya icraatına səbəb olur ki, onlar istintaq prossesində müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərərçəkən şəxsin nümayəndəsi qismində işə buraxılmış olsun. Qeyd etmək istəyirəm ki, əfvetmə hər zaman mümkündür və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən, əfvetmə fərdi qaydada həyata keçirilən bir tədbirdir. Azərbaycan Repsublikasının Prezidenti tərəfindən icra olunur. Əfvetmə nəticəsində şəxs həm cəzanın çəkilməmiş hissəsindən əfv oluna bilir, həm ona təyin olunmuş cəza müddəti azaldıla bilir, həm də həmin şəxsin cəzası yüngülləşdirilə bilir. Eyni zamanda əfvetmə ilə şəxsin məhkumluğu da götürülə bilər. Amnistiya aktı isə Milli Məclis tərəfindən müəyyən bir qrup məhbus barədə tətbiq olunur. Amnistiya aktı ilə şəxslərin cəzadan azad edilməsi, verilmiş cəzanın azaldılması və ya əlavə cəzadan azad olunması mümkün olur. İndiki halda bir daha qeyd etmək istəyirəm ki, Rəşad Dağlının özünün, vəkilinin və əgər qanuni nümayəndəsi də varsa onun müraciət edib apelliyasiya şikayəti etmək hüququ vardır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR