Slimfit
  1. İQTİSADİYYAT

Rəqibini alan kredit təşkilatının mənfəəti 10 dəfəyə yaxın azaldı

Rəqibini alan kredit təşkilatının mənfəəti 10 dəfəyə yaxın azaldı
Sakura

Rəqibini alan kredit təşkilatının mənfəəti 10 dəfəyə yaxın azaldı

Rəqibini satın almış “FİNOKO”un kəskin artan xərcləri xalis mənfəətini azaldıb. Fed.az xəbər verir ki, “FİNOKO” BOKT ASC 2017-ci ili 26 min 480 min manat xalis mənfəətlə başa vurub.
2016-cı illə müqayisədə “FİNOKO”nun xalis mənfəəti 8,5 dəfə azalıb. Şirkət 2016-cı ili 226 min 791 manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin düşməsinin səbəbi xərclərin artmasıdır.


FAİZ GƏLİRİNİN BÖYÜK HİSSƏSİNİ XƏRCLƏR SİLİB


Ötən il 2016-cı illə müqayisədə “FİNOKO”nun faiz gəlirləri 9,2% artaraq 2 milyon 587 min manata qalxıb. Faiz xərcləri, inzibati və digər əməliyyat xərcləri kəsin artdığından vergidən əvvəlki mənfəət 427,5 min manatdan 59 min manata düşüb. Ötən il təşkilat 32 min 641 manat mənfəət vergisi ödəyib.


KREDİT PORTFELİ ARTIB


31 Dekabr 2017-ci il tarixində “FİNOKO” BOKT  ASC-nin müştərilərə verdiyi cəmi kreditlər 11 milyon 318 min manat təşkil edib. 2016-cı ilin sonunda bu rəqəm 10 milyon 537 min manat idi.
Əlavə edək ki, 2017-ci ildə “FİNOKO” BOKT  ASC tərəfindən “Union Kredit” MMC BOKT satın alınıb. “Union Kredit”i özünə birləşdirməsi nəticəsində “FİNOKO” BOKT –ın kredit portfeli və faiz gəliri artıb.
Qeyd edək ki, “FİNOKO” BOKT ASC Əliyev Elçin Rəşid oğluna (50%) və Əliyev Elmar Rəşid oğluna (50%) məxsusdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR