Slimfit
  1. İQTİSADİYYAT

Rəqəmsal ödənişlər və bankların rəqəmsallaşdırılması gələn il ölkədə ÜDM-i 190 mln. manat artıracaq

Rəqəmsal ödənişlər və bankların rəqəmsallaşdırılması gələn il ölkədə ÜDM-i 190 mln. manat artıracaq
Sakura

Rəqəmsal ödənişlər və bankların rəqəmsallaşdırılması gələn il ölkədə ÜDM-i 190 mln. manat artıracaq

“Telekommunikasiya sahəsində strateji yol xəritəsində rəqəmsal ödənişlərin genişləndirilməsi prioriteti müəyyən edilib. Hesablamalarımıza əsasən, 2020-ci ildə rəqəmsal ödənişlərin genişləndirilməsinin ümumi daxili məhsulun (ÜDM) artımına birbaşa təsiri 40 mln. manat, dolayı 15 mln. manat, ümumilikdə isə 55 mln. manat təsiri olacaq”.

“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Maliyyə sahəsində strateji yol xəritəsindən söz açan V. Qasımlı deyib ki, strateji yol xəritəsində bankların rəqəmsallaşması ilə bağlı konkret hədəf müəyyənləşib. V. Qasımlı rəqəmsal transformasiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər planının qəbulunun əhəmiyyətini qeyd edib: “Bankların rəqəmsallaşması ilə bağlı prioritetin 2020-ci ildə ÜDM-ə təsiri 135 mln. manat olacaq. Bunun 120 mln. manatı birbaşa təsir, 15 mln. manatı isə dolayı təsir olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR