Rəqəmsal iqtisadiyyatla bağlı vergi islahatları aparmaq tələb olunur
Avropa Şurası rəqəmsal iqtisadiyyatdan gələn gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı beynəlxalq miqyasda aparılan müzakirələr barədə məlumatları açıqlamağa razılıq verib.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Avropa Şurasının mövqeyinə əsasən, belə bir addımın atılması zəruridir, çünki hazırda rəqəmsal iqtisadiyyat beynəlxalq vergi qanunvericiliyinin konsepsiyaları qarşısında yeni çağırışlar qoyur. Qüvvədə olan qanunvericilik ənənəvi iqtisadiyyat üçün işlənib hazırlanıb, mal və xidmətlərin satıldığı ölkədə fiziki mövcudluq tələb etməyən fəaliyyətə tətbiq edilə bilməz.
Avropa Şurası bu sahədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq aparmağı tövsiyə edib. Tövsiyələrdə transfert qiymətqoyma və gəlirlərin mənimsənilməsi qaydalarına düzəlişlərlə bərabər, “Daimi virtual müəssisə” konsepsiyasını nəzərdən keçirmək də qeyd olunub.
Gözlənildiyinə görə, OECD G20 ölkələrinin növbəti görüşündə rəqəmsal iqtisadiyyata dair keçid dövrü üçün hesabatını təqdim edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət