Repetitorluğu ləğv etmək mümkün deyil – DİM sədri
Repetitorların məktəbi əvəz etməsi təbii ki, düzgün deyil. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri repetitorlarla bağlı məsələyə münasibət bildirən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri hər hansı qanunla bunun qarşısını almağın mümkün olmadığını bildirib:
“Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur. Elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyirlər. Bu səbəbdən də repetitorlara müraciət edirlər. Misal üçün, uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini də öyrənmək istəyir. Bu halda repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara mürciət edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət