Dərc edildi: Baxış sayı: 807
Repetitorlardan COVID-19 pasportu tələb olunacaq
Azərbaycanda ölkə üzrə tədris və repetitor xidmətləri göstərən hər kəsdən COVID-19 pasportu tələb olunacaq.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.
Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən tədris və repetitor xidmətləri göstərənlərin peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət