Slimfit
  1. CƏMİYYƏT

Rektor bu gün də tələbələrə baş çəkib

Rektor bu gün də tələbələrə baş çəkib
Sakura

Rektor bu gün də tələbələrə baş çəkib

Dünən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 tələbə -  Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi stasionar şəraitdə davam etdirilir.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Tələbələrin zəhərlənmə səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

***

BDU-da tələbələrin vəziyyəti ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır:

"Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.

Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR