Dərc edildi: Baxış sayı: 520
Rekord uzunömürlülüyün əsas şərti açıqlandı
Cənubi Danimarka Universitetinin alimləri ömrün uzanmasına təsir göstərən əsas faktorları müəyyən edib. Məlum olub ki, maksimal uzunömürlük göstəricisinin artımı səhiyyə sistemi yüksək səviyyədə inkişaf etmiş ölkələrdə müşahidə olunur.
Bu barədə “Live Science” jurnalında məqalə dərc olunub.
Mütəxəssislər 1870-1904-cü illər ərzində doğulmuş və yaşı 100-ü ötmüş 16 931 nəfərin ömür müddətini araşdırıb. Onlardan 10 995 nəfəri isveçli, qalanları danimarkalıdır.
Məlum olub ki, danimarkalı uzunömürlülər isveçlilərdən daha çox ömür sürür. Ümumilikdə bir əsr ərzində bu iki ölkədə maksimal insan ömrü artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət