Slimfit
  1. AVTO VƏ MOTO

Rekord sayda Tesla Model 3 elektromobil istehsal edilib və satılıb

Rekord sayda Tesla Model 3 elektromobil istehsal edilib və satılıb
Sakura

Rekord sayda Tesla Model 3 elektromobil istehsal edilib və satılıb

Üçüncü rübdə şirkət bundan əvvəlki rüblərdən iki dəfə çox Model 3 elektromobili satıb.

Tesla xəbər verib ki, bu ilin üçüncü rübünə Tesla Model 3 elektromobili üzrə planı yerinə yetirməyə nail olub.

Rüb ərzində şirkət 80142 maşın istehsal edib ki, bu da əvvəlki rüblə müqayisədə 50% çoxdur. Onların içərisində 53239 Model 3 elektromobilləri var.

Üçüncü rübdə 55840 Model 3 daxil olmaqla 83500 maşın satılmışdır. Belə çıxır ki. üçüncü rübdə şirkət bundan əvvəlki rüblərdən iki dəfə çox Model 3 elektromobili satıb.

Tesla əlavə edib ki, şirkət rüb ərzində əsasən arxa ötürücülərdən tam ötürücülü Model 3 istehsalına keçib. Tam ötürücülü modellərə tələbat çoxdur, amma arxa ötürücülü modellərin istehsalı daha asandır.

Avqust ayının sonuna Tesla həftə ərzində 6000 ədəd Model 3 istehsal etməyi planlaşdırırdı, amma yeni press-relizdə həftəyə 5300 maşının buraxıldığı deyilir.

 

Mənbə: Ixbt.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR