Slimfit
  1. MARAQLI

Reklamlar haqqında bilmədiyiniz 10 fakt

Reklamlar haqqında bilmədiyiniz 10 fakt
Sakura

Reklamlar haqqında bilmədiyiniz 10 fakt

1. Braziliyanın San-Paulu şəhərində 2017-ci ilə qədər bilbordlara rast gəmək mümkün deyildi. 2007-ci ildə mer, şəhərin çirklənmə dərəcəsini aşağa salmaq üçün küçədə reklam yerləşdirilməsindən imtina etmişdir. 2017-сi ildə isə şəhərə reklam bilbordlarının qayıtması ilə bağlı yeni müqavilə imzalanıb.

2. Dünyanın ən bahalı reklamı Chanel tərəfindən çəkilib. Reklam çarxının ümumi dəyəri 33 milyon dollar təşkil edib. 3 milyon dollar isə reklamda çəkilən məşhur Hollivud aktrisası Nikol Kidman-a qonorar şəklində ödənilib.

3. Dərman şirkətləri isə araşdırmalardan 2 dəfə artıq pulu reklam və marketinq işlərinə xərcləyirlər. Satışlardan gələn 24% gəlir təşviqat işləri, yalnız 13% isə araşdırmalara sərf olunur.

4. Saat məhsullarını görüntüləyərkən; əqrəblər 10 saat və 10 dəqiqə və ya 8 saat – 20 dəqiqə şəklində quraşdırılır. Səbəb isə əqrəblərin bu şəkildə yerləşərək məhsulun mənsub olduğu brendin adının oxunulmasına mane olmur. Əlavə olaraq əqrəblərin istiqamətinin belə yerləşməsi təbəssümə bənzədilir və insanlara pozitiv bəxş edə bilir.

5. İlk reklam bilbordu Amerikada 1900-cü ildə yaranıb. Həmin o andan, reklam məhsulları avtomagistral yollar boyunca yerləşdirilməyə başlayıb.

6. Dove brendinin ekranlarda yayımladığı “Gözəlliyin təkamülü” reklamı, milyondan çox insan tərəfindən izlənilərək, dəb sənayəsinin pərdə arxası həyatını sərgiləyə bilmişdir. Bu reklam çarxı, müasir reklamın ən seçilənlərindən biri kimi qəbul edilir.

7. 1994-cü ildə 468×60 piksel ölçülü "ideal" banner Hotwired onlayn dərgisində yer almışdır. 

8. 65 yaşına kimi insan 2 milyon reklam çarxını izləmiş olur.

9. Reklam çəkilişlərində təqdim edilən yeməyin dadlı görünməsi üçün, əksər hallarda süni əlavələrdən istifadə edilir:

Sərinləşdirici içki stəkanlarına, buz əvəzinə akrildən hazırlanan "buz parçaları" əlavə edilir. Bu tip “buz” ərimir və çəkiliş üçün tam yararlıdır.

Burgerləri əksər hallarda iştahaçan təam kimi təqdim edərkən, sulu yapışqan və ya maket "çörəkdən" istifadə edilir. 

10.Hər il dünya üzrə şirkətlər ümumilikdə 500 milyard dollar vəsaiti məhz reklama sərf edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR