Slimfit
  1. SİYASƏT

Reklam qurğularına dair texniki tələblər dəyişib

Reklam qurğularına dair texniki tələblər dəyişib
Sakura

Reklam qurğularına dair texniki tələblər dəyişib

Nazirlər Kabineti “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan “Reklam qurğularına Texniki Tələblər”ə əsasən, yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılan, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində reklam qurğularının yerləşdirilməsinə yol verilməyib.

Bundan sonra yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılan, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində reklam qurğularının yerləşdirilməsinə insanların hərəkətinə maneə və təhlükə yaratmamaq şərtilə yol veriləcək.

Əgər indiyə qədər pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,90-1,50 x 1,20-2,10 metrədək təşkil etməli idisə, bundan sonra reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1,50 metrədək, uzunluğu isə 2,10 metrədək olacaq.

Qüvvədə olan Tələblərə görə, dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,30-0,60 metrədək təşkil etməli idi. Dəyişikliyə görə, dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1,30 metrədək, uzunluğu 2,10 metrədək, dayaq dirəyinin hündürlüyü isə 0,60 metrədək təşkil etməlidir.

Qüvvədə olan Tələbələrə görə,  tent ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərinə, vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə yerləşdirilən günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarət olub. Bir binada yerləşən tentlər eyni formaya malik olmalıdı idilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi onun günlüyünün sahəsi ilə müəyyənləşdirilib. Dəyişikliyə görə, reklam tentləri üzərində reklam yerləşdirilən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, həmçinin vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə quraşdırılan günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər ümumi görünüşə  xələl gətirmədən və binanın görünüşünü korlamadan müxtəlif formaya malik ola bilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.

Transparant iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları və burazla (metal kəndirlə) asqı şəklində yerləşdirilmiş reklam qurğusudur. Bir qayda olaraq, yumşaq materiallardan (parça, tor, süni dəri və s.) hazırlanaraq buraz (metal kəndir) vasitəsilə yer səviyyəsindən ən azı 6,00 metr hündürlükdə dirəklərə və ya binalara bağlanılır. Tələblərə əsasən, transparantın bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,50-1,10 x 5,00-15,00 metrədək təşkil etməli idi. Dəyişikliyə əsasən, bundan sonra transparantın bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1,10 metrədək, uzunluğu 15 metrədək təşkil etməlidir. Əgər indiyə qədər transparantın avtomobil yolunun üzərində, yaxud kənarında yerləşdirilməsinə, şəhərin işıqlandırılması dirəklərinə birləşdirilməsinə yol verilməyibsə, artıq avtomobil yolunun üzərində, yaxud kənarında yerləşdirilməsinə qoyulan qadağa ləğv edilir.

Afişa stendi qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,00-2,00 x 1,50-2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,20-0,50 metr təşkil edibsə, bundan sonra eni 2,00 metrədək, uzunluğu 2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,50 metrədək olmalıdır.

“Reklam qurğularına Texniki Tələblər” yeni reklam daşıyıcıları və qurğuları və onlara dair tələblər də əlavə edilib. Beləlklə, vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Roller müəyyən vaxt intervalı ilə reklam təsvirlərini diyircəklə dinamik dəyişən reklam qurğusudur. Rollerin ölçüsü 1-3 x 1.8-4 metrədək təşkil edir. Prizmatron müəyyən vaxt intervalı ilə sinxron dəyişən və özündə 3 tərəfli prizmaları birləşdirən reklam qurğusudur. Prizmatronun ölçüsü 3 x 6 metr və ya 3 x 12 metr təşkil edir. Körpüüstü reklam körpülərin və yerüstü piyada keçidlərinin divarında (hərəkət üçün nəzərdə tutulmayan hissəsində) üfüqi şəkildə yerləşdirilən reklam qurğusudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR