Slimfit
  1. AZƏRBAYCAN

Reklam lövhələrinin ölçüsü kiçildilir

Reklam lövhələrinin ölçüsü kiçildilir
Sakura

Reklam lövhələrinin ölçüsü kiçildilir

Ölkə qanunvericiliyində açıq məkanda reklamın dairəsi müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı mövcud - qüvvədə olan “Reklam haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanunun 26-cı (Açıq məkanda reklam) maddəsində təklif edilən dəyişiklikdə göstərilir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Bununla yanaşı, göstərilir ki, reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin fasadlarında və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər.

Həmçinin, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına verilən icazə müddətinin bir ildən üç ilə qaldırılması təklif olunur.

Bundan başqa, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün iki kvadratmetrdən bir kvadratmetrədək endirilməsi gözlənilir.

Qeyd edək ki, qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR