Dərc edildi: Baxış sayı: 213
Rəis: "Bu il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3007 müraciət daxil olub"
“Bu ilin yanvar ayından bu günə qədər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3007 müraciət daxil olub”.
“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, onlardan 181-i özəl sektorla bağlıdır: "Bunlardan 55-i mənzil-tikinti sektoru, qalanları isə digər müəssisələrin fəaliyyəti ilə bağlıdır. 24 işin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət