Dərc edildi: Baxış sayı: 544
"Regionda məğlub olan yeganə ölkə Ermənistandır" - Hikmət Çətin
"Ermənistan hələ də Azərbaycan ərazilərinin işğalını davam etdirir. Əgər onlar regionda rifahdan yararlanmaq istəyirsə, düşmənçilik və işğal siyasətindən imtina etməlidir".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Bakıda "Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, bu gün regionda məğlub olan yeganə ölkə Ermənistandır: "Ötən əsrin 90-cı illərində erməni diplomatlara bu barədə çox danışdıq, ancaq onlar hər cür təmaslardan qaçırdılar".
H.Çətin qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər çox möhkəmdir, bir sıra genişmiqyaslı birgə layihələr həyata keçirilir.
"Azərbaycan xarici siyasəti ilə qürur duya bilər. Azərbaycan güclü olduğu müddətdə Türkiyə də güclüdür".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət