Regional Rabitə Birliyi: 5G-nin regionda tətbiqi üçün tezlik resurslarının ölkələrarası koordinasiyası…
5G standartının regionda tətbiqi üçün tezlik resurslarının ölkələrarası koordinasiyası gərəkdir. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nuriddin Muhitdinov deyib.
Onun sözlərinə görə, müxtəlif olkələrdə eyni tezlik resursu müxtəlif sahələrdə həm peyk, həm də yerüstü texnologiyalardan istifadə oluna bilər.
"Əlbəttə, 5G-nin tətbiqinə dair planlar mövcuddur və bu planların icrası üçün bəzi məqamlar var. Məsələn, hər yerdə olduğu kimi, tezliklər olduqca məhdud bir resursdur və kompromis variant axtarmaq gərəkdir ki, onları həm 5G-də, həm də digər texnologiyalarda istifadə etməyə imkan olsun. Önə çıxan məqam isə ondan ibarətdir ki, tezlik spektri qonşu ölkələrlə koordinasiya olunmalıdır",- deyə N. Muhitdinov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət