“RedmiBook 14” noutbukları, bir dəqiqə ərzində, təxminən, 1,5 milyon dollar həcmində satıldı
Yalnız bir dəqiqə ərzində satış həcmi 2100 ədədi keçib.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Çində “RedmiBook 14” noutbuklarının satışına start verildi və bu satış dərhal rekord qazandı: bir dəqiqə ərzində 10 milyon yuan həcmində cihazlar satıldı ki, bu da təxminən 1,5 milyon dollara bərabərdir. Hesablamalara görə, hələ istifadəçilərin yalnız 725 dollar qiyməti olan üst versiyanı aldıqları təxmin edilərsə, bu müddət ərzində 2100 - dən çox noutbuk satılıb.
“RedmiBook 14”ün konfiqurasiyasına “Intel Core i7” prosessoru və 512 GB SSD daxildir. Noutbukun əsas versiyası “Intel Core i5-8265U CPU” və 256 GB flash yaddaş ilə təchiz olunub. Bu noutbuk Çində 580 dollara təklif olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət