Slimfit
  1. MARAQLI

Red Moon: içərisi qırmızı olan qeyri-adi alma növü

Red Moon: içərisi qırmızı olan qeyri-adi alma növü
Sakura

Red Moon şirkəti eyni adla içərisi açıq-qırmızı olan alma növü yetişdirib.

Red Moon şirkəti Fruit Logistica 2018 sərgisində içərisi qeyri-adi qırmızı rəngdə olan eyni adlı alma növünü təqdim etdi. Onların məqsədi həm təzə, həm də emal olunmuş qida məhsullarının müxtəlifliyini nümayiş etdirməkdir. Şirkət nümayəndələri əmin edir ki, yeni növün əla dad keyfiyyətinin hesabına ondan şirə, kokteyl və s. hazırlanması üçün istifadə oluna bilər.

“İstehlakçılar bizim almaların xarici görünüşünə heyrandır, onların xoşuna həm rəng, həm də dad gəlir. Bundan başqa Red Moon bu məhsulun C vitamini və antosianinin yüksək tərkibinə görə  yüksək qida xüsusiyyətinə əmindir”,  - Red Moon şirkəti press relizdə bəyan edib. 2018-ci ildə Red Moon növü İtaliyada artıq 35 hektar ərazidə əkilib, Fransada isə ərazi 23 hektara çatıb.

Red Moon Company şirkətinin əsası məhsulların yığılmasından satışına qədər bütün istehsal prosesi üzrə yüksək təcrübəyə malik İtaliya, Fransa və Niderlanddan olan professionalların birliyidir.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR