Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Rusiyaya səfər edə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk Axını” layihəsinin açılış mərasimində iştirak etmək üçün ilin sonunadək Rusiyaya səfər edə bilər.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşü zamanı bildirib.
“Bu il “Türk Axını”nın istismara başlanması nəzərdə tutulur. Açılışla bağlı Rusiyaya yüksək səviyyəli səfər gerçəkləşdirilə bilər”, - deyən səfir ətraflı məlumata malik olmadığını, sözügedən səfərin ya prezident Ərdoğan tərəfindən, ya da nazirlər səviyyəsində həyata keçiriləcəyini qeyd edib.
RİA “Novosti” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidentinin rusiyaya səfəri ilə bağlı konkret tarixin müəyyənləşdirilmədiyini açıqlayıb.
Qeyd edək ki, “Türk axını” qaz kəmərinin ilin axırınadək istismara verilməsi nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət