Slimfit
  1. CƏMİYYƏT

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb
Sakura

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1956-dır. 

Ens.az xəbər verir ki,TƏBİB-dən APA-ya verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 148, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 17-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR