Slimfit
  1. CƏMİYYƏT

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb
Sakura

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1904-dür. 

Ens.az xəbər verir ki,TƏBİB-dən APA-ya verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 150, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 19-dur.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 791, ötən müddət ərzində isə ümumilikdə 892 070 test aparılıb

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR