Dərc edildi: Baxış sayı: 427
"Real"ın yarımmüdafiəçisi Luka Modriç Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS)…
"Real"ın yarımmüdafiəçisi Luka Modriç Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyası üzrə 2018-ci ilin ən yaxşı pleymeykeri seçilib.
Publika.az xəbər verir ki, xorvat xavbek səsvermədə 272 xal toplayıb. Siyahıda ikinci yeri "Barselona"nın argentinalı hücumçusu Lionel Messi (144 xal), üçüncü yeri "Çelsi"də çıxış edən belçikalı Eden Azar (114 xal) tutub.
Bildirilir ki, Lionel Messi IFFHS versiyası üzrə əvvəlki üç mövsümdə ən yaxşı pleymeyker seçilib.
Bundan əvvəl İspaniyanın “Onda Cero” radiosu "Qızıl top"u məhz “Real”ın yarımmüdafiəçisi Luka Modriçin alacağını əminliklə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət