Slimfit
  1. İDMAN

“Real”, yoxsa “Barselona” finala çıxacaq?

“Real”, yoxsa “Barselona” finala çıxacaq?
Sakura

Bu gün İspaniyada mövsümün üçüncü “El Klasiko”su baş tutacaq

Bu gün İspaniyada mövsümün üçüncü “El Klasiko”su baş tutacaq.

Oxu.Az xəbər verir ki, Madrid “Real”ı ilə “Barselona” bu gün Bakı vaxtı ilə saat 00:00-da İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə çıxacaq.

Matç Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Tərəflərin “Kamp Nou”dakı görüşü 1:1 hesabı ilə başa çatıb.

Komandaların heyətində zədəli futbolçu baxımından ciddi problemlər gözə dəymir. Yalnız “Barselona”da braziliyalı yarımmüdafiəçi Rafinya və belçikalı Tomas Fermalenin zədə səbəbindən iştirak etməyəcəyi dəqiqdir. Bundan başqa, “Barselona”da braziliyalı Artur və fransalı Kleman Lanqlenin oynaması sual altındadır. Həmçinin, kolumbiyalı Ceyson Murilyo və qanalı Kevin-Prins Boatenq bu matç üçün sifariş olunmayıb.

Meydan sahiblərində isə Markos Lyorente, İsko, Xesuz Valyexo, Braim Dias və Maryanonun adları sifariş ərizəsinə daxil edilməyib.

İlk görüşlə müqayisədə “Real”ın start heyətində Lyorentenin yerinə braziliyalı Kazemiro çıxacaq. Azərbaycanla oyunlar üçün də Bakıya gələcək uelsli Qaret Beylin isə bu dəfə Lukas Vaskesin əvəzinə meydana ilk dəqiqələrdən qoşulacağı gözlənilir.

“Barselona”da argentinalı Lionel Messi braziliyalı Malkomu bu dəfə ehtiyata göndərəcək. Arturun yerində bu dəfə yarımmüdafiənin mərkəzində çilili Arturo Vidalın, braziliyalı Koutinyonun əvəzinə isə hücumun sol cinahında fransalı Musa Dembelenin oynayacağı ehtimal edilir.

Elə statistika da yuxarıda “Real”ın üstünlüyü və matçın qolsuz başa çatmayacağı ilə bağlı yazdıqlarımızı təsdiqləyir. Belə ki, “Real” İspaniya Kubokunun son 38 matçın 34-də uduzmayıb. Üstəlik, bu komandaların “Santyaqo Bernabeu”da keçirdiyi son səkkiz matçın yeddisində qapılara üç qoldan az top vurulmayıb.

Komandaların son keçirdiyi oyunlar belə nəticələnib:

13.08.2017 İspaniya Superkuboku “Barselona” – “Real” 1:3

17.08.2017 İspaniya Superkuboku “Real” – “Barselona” 2:0

23.12.2017 La Liqa “Real” – “Barselona” 0:3

06.05.2018 La Liqa “Barselona” – “Real” 2:2

25.10.2018 La Liqa “Barselona” – “Real” 5:1

06.02.2019 İspaniya Kuboku “Barselona” – “Real” 1:1

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR