Dərc edildi: Baxış sayı: 560
"Real" serb hücumçu üçün 60 milyon ödəyəcək
"Aytraxt"ın futbolçusu Luka Yoviç "Real"a keçməyə yaxındır.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, Madrid klubu serbiyalı hücumçunun keçidi ilə bağlı Frankfurt təmsilçisi ilə hərtərəfli razılıq əldə edib.
"Real"ın 21 yaşlı futbolçu üçün qarşı tərəfə 60 milyon avro ödəyəcəyi bildirilir. Yoviçin 5 illik müqavilə şərtinə görə "Real"da 50 milyon avro qazanacağı da qeyd olunub.
Luka Yoviç bu mövsüm "Ayntraxt"da 47 oyuna 27 qol vurub.
Luka Yoviç bu mövsüm "Ayntraxt"da 47 oyuna 27 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət