'Real Madrid'in kapitanı komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib
İspaniya təmsilçisi "Real Madrid"in kapitanı Serxio Ramos komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
"Report"un məlumatına görə, 33 yaşlı futbolçu təşkil olunan mətbuat kofransında komandada qalacağını söyləyib.
Təcrübəli müdafiəçi karyerasını hazırkı klubunda bitirmək istədiyini deyib: "Klubun prezidenti Florentino Peres ilə heç vaxt problemim olmayıb. Onunla əlaqəmiz ata və oğul kimidir. İqtisadi məsələlərdən isə danışmırıq. Əməkhaqqı mənim üçün əhəmiyyətli deyil. "Real Madrid" üçün pulsuz da oynamağa hazıram. Düzdür, Çindən mənə təklif olub. Yalan danışmayacağam".
Qeyd edək ki, İspaniya mətbuatı daha öncə Serxio Ramosun komandadan ayrılmaq istədiyini yazıb. O, 2005-ci ildən Madrid təmsilçisinin formasını geyinir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət