'Real Madrid' və 'Barselona'nın İspaniya kubokunun 1/8 finaldakı rəqibləri müəyyənləşib
Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, 16 komandadan ibarət bu mərhələnin 8 cütlüyü müəyyənləşib.
"Barselona" 1/8 finalda "Leqanes"lə, "Real Madrid" "Saraqosa", "Sevilya" klubu isə "Mirandes"lə qarşılaşacaq. 1/16 finalda Madrid "Atletiko"sunu mübarizədən kənarlaşdıran üçüncü divizionun klubu "Kultural Leonesa" bu mərhələdə "Valensiya" ilə üz-üzə gələcək.
Qeyd edək ki, İspaniya kubokunda 1/8 finalın oyunları 28, 29 və 30 yanvarda keçiriləcək.
İspaniya kubokunda 1/8 finalın cütlükləri belədir:
"Badahos" – "Qranada"
"Kultural Leonesa" – "Valensiya"
"Tenerife" – "Atletik"
"Saraqosa" – "Real Madrid"
"Mirandes" – "Sevilya"
"Rayo Valyekano" – "Vilyarreal"
"Real Sosyedad" – "Osasuna"
"Barselona" – "Leqanes"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət