Slimfit
  1. İDMAN

'Real Madrid' stadionunu dəyişir

'Real Madrid' stadionunu dəyişir
Sakura

'Real Madrid' stadionunu dəyişir

İspaniyanın "Real Madrid" klubu cari mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyə bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət edib.

İddiaya görə, Madrid təmsilçisi koronavirus pandemiyası səbəbindən təxirə salınan La Liqa matçlarının azarkeşsiz keçirilməsinə qərar veriləcəyi təqdirdə rəqiblərini əvəzedici komandaya məxsus və 6 minlik azarkeş tutumu olan "Alfredo di Stefano" arenasında qəbul etmək niyyətindədir.

Federasiyanın klubun müraciətinə müsbət cavab verdiyi bildirilib.

Qeyd edək ki, 27 turdan sonra 56 xal toplayan "Real Madrid" 2-ci pillədə qərarlaşıb. Komanda yerdə qalan 11 oyundan 6-nı evdə keçirməlidir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR