Dərc edildi: Baxış sayı: 582
"Real Madrid" futbolçusunu yenidən icarəyə verdi
İspaniya "Real Madrid"i futbolçusu Takefusa Kubonu növbəti dəfə icarəyə göndərib.
"Report" "kral klubu"unun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı hücumameylli yarımmüdafiəçi 2020/2021 mövsümünü "Vilyarreal"da keçirəcək.
19 yaşlı asiyalı ötən mövsümdə isə icarə əsasında "Malyorka"da oynayıb.
Qeyd edək ki, 2011 - 2015-ci illərdə "Barselona" Futbol Akademiyasında çıxış edən Takefusa Kubo "Real Madrid"ə 2019-cu ilin yayında transfer olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət