Slimfit
  1. CƏMİYYƏT

Rayonlarda kiloqramı 50 qəpiyə olan xiyar niyə Bakıda iki manata satılır?

Rayonlarda kiloqramı 50 qəpiyə olan xiyar niyə Bakıda iki manata satılır?
Sakura

Rayonlarda kiloqramı 50 qəpiyə olan xiyar niyə Bakıda iki manata satılır?

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, yay aylarında adətən ucuz satılan kənd təssərrüfatı məhsulları paytaxt bazarlarında alıcılara baha qiymətə təklif olunur. Bölgələrdə aşağı qiymətə olan tərəvəz bitkiləri və meyvələr paytaxtda bəzən ikiqat və daha artıq qiymətə satılır.

Paytaxt bazarlarında xiyarın bir kiloqramı 2 manatdırsa, bölgələrdə bu tərəvəzin qiyməti 50-70 qəpik arasında dəyişir. Eyni fərq pomidor və digər kənd təssərrüfatı məhsullarına da aiddir.

Həmçinin, mövsümi meyvələrin də qiyməti arasında kəskin fərq var. Belə ki, bölgələrdə kiloqramı 1-2 manata təklif olunan gilasın paytaxtda qiyməti 7 manatdan başlayır.

Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Akif Nəsirli deyib ki, fermerin bazara əlçatanlığı aşağı səviyyədədir:

"Fermer məhsulunu öz tarlasında satır. Ona görə də böyük fərq yaranır. Fermer tarlasında məhsulu 50 qəpiyə satırsa, Bakıya məhsulunu gətirib satsa, hesabla ona hər kiloqramdan cəmi 30-40 qəpik gəlir qalacaq. Ona görə də durum belə olur. Hər kənd təsərrüfatı məhsulları mövsümündə məhsullar bölgələrdə ucuz, paytaxtda isə baha olur".

Onun sözlərinə görə, qiymət arasındakı ciddi fərq hər məhsula aid deyil:

"Bəzi məhsullarda bu fərq azdır. Son 3 gün ərzində Beyləqanda müşahidə elədim ki, qarpızın kiloqramı 30-40 qəpiyə təklif olunur. İki-üç nöqtədən aldım və bəzisində 30, bəzisində 40 qəpiyə satılırdı. Bakıda da qarpız elə 40-50 qəpikdir. Yəni belə məhsullarda fərq azalır. Harada, hansı məhsulun ucuz və baha olması ilə bağlı xüsusi araşdırma aparmamışam. Onu da qeyd edim ki, qiyməti ucuz olan keyfiyyətcə aşağı idi".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR