Slimfit
  1. CƏMİYYƏT

Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?- AÇIQLAMA

Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?- AÇIQLAMA
Sakura

Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?- AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünək ölkə ərazisində 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Rayonlarda karantin rejim ləğv olunduğuna görə insanların bölgələrə axını artıb. Nəticədə də bölgələrdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Rayonlarda da karantin rejim sırtləşdirilə və şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, karantin rejimi yumşaldıldıqdan sonra bir sıra ticarət mərkəzləri, parklar, əyləncə yerləri açıldı və insanlar kütləvi şəkildə küçələrə axışdılar: "Ancaq təəssüf ki, insanların əksəriyyət heç nə olmamış kimi, nə tibbi maskalardan istifadə edir, nə də ki, sosial məsafə saxlayırlar. Yay ayları olduğuna görə rayonlara gedənlər də həmçinin. Ələlxüsusus, ənənəvi turizm infrastrukturunun inkişaf etdiyi etdiyi bölgələrdə virusa yoluxanların sayı çoxaldı. Bu da birbaşa hər bir insanın özündən, yəni, gigiyenik qaydalara necə riayət etməsindən asılıdır. Düşünürəm ki, regionlarda karantin rejiminin tətbiqinə ehtiyac yoxdur. Sadəcə mövcud, artıq özünü təsdiq etmiş qaydalara riayət etmək lazımdır. Bu xəstəliklə bağlı daim maarifləndirmə işləri aparılmalıdır. Əks halda koronavirusa yoluxanların sayı kəskin artacaq".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR