Slimfit
  1. CƏMİYYƏT

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar
Sakura
:0

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Orta təhsil müəssisələrinin idarə edilməsi direktordan asılı olsa da, Rayon Təhsil Şöbəsi ilə də birbaşa əlaqədardır.

Çox vaxt bir bölgənin məktəblərindən söz düşəndə oradakı durumu direktorlarla deyil, birbaşa Təhsil Şöbəsinin müdirləri ilə əlaqələndirirlər.

Bəs Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? Ümumiyyətlə, onların vəzifə səlahiyyətləri nələrdir?

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Haqqında qanunun 32-ci maddəsində və Rayon Təhsil Şöbəsinin idarəsi haqqında əsasnamədə qeyd olunub. Əsasnaməyə görə, Rayon Təhsil Şöbəsinin müdirini Rayon İcra Hakimiyyəti seçir, Təhsil Nazirliyi əmrlə təsdiq edir. Müdir ali pedaqoji təhsilli olmalı, 5 ildən artıq pedaqoji staj, təşkilatçılıq və idarəçilik təcrübəsinə sahib olmalıdır. O, işçilərdən təyin olunur və xüsusi əmrlə işdən azad edilir.

Rayon Təhsil Şöbəsi müdirinin hansı səlahiyyətləri var? RTŞ müdiri öz müavini, metodkabinet müdiri və inspektorları da 5 ildən artıq pedaqoji stajı, ali təhsili olan təcrübəli müəllim və məktəb rəhbərləri arasından seçir. Həmin vəzifə sahiblərini işdən azad etmək isə Rayon Təhsil Şöbəsinin müdirinin əlindədir;

O, pedaqoji kollektivlər tərfindən seçilmiş və geri çağırılmış ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin direktorları və müdirlərinin işə təyin olunması və azad edilməsi əmrlərini verə bilər; Hər il metodistlərin vəzifə bölgüsünü də o müəyyən edir;

Dövlətin təhsillə bağlı qərarlarının, nazirliyin normativ aktlarının yerinə yetirilməsi barədə əmrlər verir; Təlim-tərbiyə müəssisələri rəhbərlərinin dövlətin qanun və qərarlarına, Təhsil Nazirliyinin normativ sənədlərinə zidd əmrlərini ləğv edir; Rayon təhsil şöbəsinin şurasının işini təşkil edir.

Şuranın tərkibi 11 nəfərdən az olmamaq şərti ilə təhsil işçilərinin rayon konfransında təsdiq edilir. Sədri isə elə təhsil şöbəsinin müdiri olur. Şuranın iki ayda bir dəfədən az olmayaraq keçirilən iclaslarında təhsilin inkişafı, şöbənin tabeliyində olan məktəb, məktəbəqədər və məktəbdənkənar uşaq tərbiyə müəssisələrinə rəhbərlik, kadrların seçilməsi, maliyyə təsərrüfat fəaliyyətinin təşkili və s. məsələlər müzakirə olunur;

Şuranın qərarları şöbə müdirlərinin əmri ilə həyata keçirilir;

Qeyd edək ki, Rayon Təhsil Şöbəsi rayon büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Onun müəyyən edilmiş formada möhürü və ştampı olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR