Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Rasionda şəkər və karbohidrat miqdarını 3 qat azaltmaq və dəli olmamamaq üçün nə etməli?

Rasionda şəkər və karbohidrat miqdarını 3 qat azaltmaq və dəli olmamamaq üçün nə etməli?
Sakura

Rasionda şəkər və karbohidrat miqdarını 3 qat azaltmaq və dəli olmamamaq üçün nə etməli?

Şəkər və sürətli karbohidratlar həmişə əhatəmizdədir və müasir qida sənayesi bu insan asılılığı üzərində bilincli şəkildə işləyir, qidada şəkərin miqdarını artırır və artırır, qida lifi və yavaş karbohidratların miqdarını isə elə hey azaldır.

Niyə biz zərərli olanları sevir, faydalı olanları lağa qoyur və süni olanları yeyirik?

Rasionda şəkərin və sadə karbohidratların çox olmağı nəyə gətirib çıxarır? Qanda şəkər səviyyəsinin qəfil oynaması:

Qan damarları divarlarının sürətlə yeyilməsi, bununla da ateroskleroz və hipertansiyonun inkişaf riskini artırır;

Bütün artıq karbohidratları yağ halına gətirən insulin səviyyəsinin artırır;

İştahın tənzimlənməsinin pozulması, nəticədə tez-tez şiddətli aclıq hissinin yaranmasına səbəb olur.

Bu halda nə etməli?

Bəlkə də təəccüblənəcəksiniz, amma bu problemin kəskinliyini azaltmaq üçün özümüzə işgəncə etmədən çox şey edə bilərik. Məsələn, aşağıdakıları cəhd edin.

  1. Mətbəxdə görsənən bir yerə ərzaqların qlisemik indeksi verilən cədvəli qoyun (daha doğrusu asın). Buna uyğun olaraq ilk növbədə ən çox sevdiyiniz qidalardan ən aşağı glisemik göstəricisi olanları seçməyə çalışın. Və nəhayət bu cədvələ öyrəşdiyiniz zaman sizə tanış olmayan bəzi qidaları çox aşağı glisemik indekslə rasionunuza daxil etməyə çalışın. Onları tədricən sevməyiniz də mümkündür və ən əsası daha uzun müddət özünüzü tox hiss edəcəksiniz.
  2. Rasionunuzun glisemik indeksini hər hansı cədvəl olmadan da endirə bilərsiniz. Bunu etmək üçün, bəzi zəngin qida lif mənbələrinə müraciət etməlisiniz. Ancaq qida lifi əksəriyyəti tərəfindən ümumiyyətlə sevilməyən qidalarda olduğu üçün özünüzə yulaf əzməsi və ya çiy çuğundurla əziyyət verməməlisiniz - lifləri saf formada götürməyiniz yaxşı olar. Ən asan seçim kəpəkdir. Daha bahalı, lakin daha düzgündür - bunlar bioloji aktiv hazırlıqlar şəklində təmiz qida lifinin müxtəlif növlərinin xüsusi seçilmiş kompleksləridir. Onları suda ayırın və hər dəfə yeməkdən 20-40 dəqiqə əvvəl için. Heç vaxt dadlı olmayacaqsa belə, onları dərman kimi qəbul edin (çox güman ki, onsuz da onları almağa məcbur olursunuz), ancaq tamamilə təbii və faydalı dərmanlar kimi.
  3. Karbohidratlı qidalarınızın gündəlik siyahısından, daha çox xoşladığınız üçün deyil, adət etdiyiniz üşün yediyiniz şeyləri çıxarmağa çalışın. Məsələn, paketlərdə satılan meyvə şirələrini və yaxud şirin yoqurtları. Bu gün onlarda təbii şeylər o qədər azdır, əksinə şəkər və konservant maddələr isə o qədər çoxdur ki, yetkinlik yaşına çatmış nadir adam tapmaq olar ki, onları zövqlə içsin. Bunu edirsə, sırf adət etdiyinə görədir. Bu qidaları rasionunuzdan çıxarmağa və ya təbii qarışıqlarla, məsələn, təzə sıxılmış meyvə şirəsi və ya mayalanmış bişmiş süd ilə əvəz etməyə çalışın. Daha çox fayda və daha az şəkər olacaq.
  4. Şəkərli içkilərdən imtina etməyə çalışın. Bunu etmək sizin üçün olduqca asan olacaq, çünki vərdiş etdiyimiz hansısa qatı yeməkdən əl çəkmək buna nisbətən daha çətindir.
  5. Gündə heç olmasa, bir deserti meyvələrlə əvəz edin (banan sayılmır) və ya qurudulmuş meyvələrlə. Portağal, greypfurt, gavalı, xurma daha uyğundur.
  6. Qara çaydan yaşıla keçin. Yaşıl çayı dadına xələl gətirmədən daha uzun müddət dəmləmək olur (bu isə daha çox faydalı maddənin yaranması deməkdir) və əlavə olaraq yaşıl çay şəkərlə daha pis birləşir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR