Dərc edildi: Baxış sayı: 1102
Ramzan Kadırov istefa verməsi ilə bağlı məsələyə aydınlıq gətirdi
Çeçenistanın dövlət başçısı Ramzan Kadırov başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin yalan olduğunu açıqlayıb.
"Yeni Sabah" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Rusiya Prezidentinin köməkçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-ləridə yayılan məlumatlara cavab olaraq bu barədə danışıb.
Kadırov bildirib ki, məmurlardan kimsə bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.
Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət