Ramos kredit borcunu ödəyə bilmədiyi üçün "Real"dan ayrılır
"Real"ın kapitanı Serxio Ramosun komandadan ayrılmaq istəməsinin əsl səbəbi məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 33 yaşlı müdafiəçi kredit borcuna görə "kral klubu"nu tərk etmək istəyir. İddiaya görə, təcrübəli futbolçu bir müddət öncə yerli banklardan birindən külli miqdarda kredit götürüb. Ramosun məhz həmin borcu ödəmək üçün daha yaxşı müqavilə təklif edən Çin klubuna getmək istədiyi bildirilir. Məlumatı "Real"ın prezidenti Florentino Peres də təsdiqləyib. Klub prezidenti futbolçunun ondan müqaviləsinə xitam verilməsini xahiş etdiyini deyib.
"ABC" nəşrinin müxbiri Ruben Kanisaresin sözlərinə görə, Ramosun banka olan borcu 35 milyon avrodur. Jurnalist onun Madrid şəhərinin ətrafında torpaq sahəsi almaq üçün kredit götürdüyünü söyləyib. Serxio həmin ərazidə yaşayış binaları tikdirmək istəsə də, şəhər şurası orada tikintiyə icazə verməyib. Hazırda Ramosun kreditin ödənişi ilə bağlı bankla danışıq apardığı bildirilir. Borc vaxtında ödənilməsə, həmin ərazinin Ramosdan alınacağı bildirilir. Futbolçu vəziyyətdən çıxış yolunu Çin klublarından biri ilə sərfəli müqavilə bağlamaqda görür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət